01 11 2025-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Millimizin rəqibləri müəyyənləşdi

03.10.2019

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının Avropa Olimpiya Təsnifat Turnirlərindəki rəqibləri dəqiqləşib.
Yanvarın 7-12-də Hollandiyanın Apeldorn şəhərində keçiriləcək yarışda yığma A qrupunda mübarizə aparacaq. Komandamız ev sahibləri, Polşa və Bolqarıstanla qüvvəsini sınayacaq. B qrupunda isə Türkiyə, Almaniya, Belçika və Xorvatiya voleybolçuları güclərini yoxlayacaqlar.
Reqlamentə əsasən, qrupda ilk iki yeri tutacaq komandalar yarımfinala yüksələcəklər. Burada çarpaz olaraq üz-üzə gələcək yığmalar ardınca finalçını müəyyənləşdirəcəklər. Həlledici görüşdə isə Tokio-2020 Yay Olimpiya Oyunlarında Avropanı təmsil edəcək sonuncu komandanın adı dəqiqləşəcək.