02 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Analoqsuz silah sınaqdan keçirildi

02.10.2019

Rusiya Suriyada "S-500” hava hücumundan müdafiə sisteminin ən vacib elementlərini sınaqdan keçirib.
Bu barədə "İzvestiya” qəzeti Müdafiə Nazirliyi və hərbi-sənaye kompleksindəki mənbələrə istinadən məlumat yayıb.
Nəşrin mənbələri bildiriblər ki, sınaq zamanı mütəxəssislər avadanlıqların işində müəyyən problemlər aşkarlasalar da, qüsurlar tez bir zamanda aradan qaldırılıb.
Sınaqların uğurla başa çatdığı bildirilir.
Qeyd edək ki, "S-500” raket-zenit kompleksi yaxın kosmosdakı hədəfləri, aşağı orbitdə uçan peykləri vura bilmək qabiliyyətinə malikdir.
"S-500” saniyədə yeddi kilometrə qədər sürətlə uçan 10 ballistik hədəfi aşkarlaya və eyni anda vura bilər. Hipersonik raketlərin döyüş başlıqlarını vurmaq gücünə də malikdir.
Bu silahın dünyada analoqunun olmadığı bildirilir.