08 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sınaq imtahanının keçiriləcəyi TARİX AÇIQLANDI

26.04.2018

Dövlət İmtahan Mərkəzi (DİM) I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün aprelin 29-da Respublikanın 12 şəhər və rayonunda sınaq imtahanları keçirəcək.
DİM-dən verilən məlumata görə, imtahanlar Bakı, Sumqayıt, Xırdalan, Naxçıvan, Gəncə, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran, Xaçmaz şəhər və rayonlarında, ümumilikdə 56 binada təşkil olunacaq.
İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 29925 abituriyent qeydiyyatdan keçib.
Sınaq imtahanı 1 növbə üzrə keçiriləcək və bütün binalarda saat 11:00-da başlanacaq.
İmtahanların idarə edilməsi üçün 182 imtahan rəhbəri, 1785 nəzarətçi-müəllim ayrılıb.
DİM abituriyentlərin nəzərinə çatdırır ki, imtahan binalarına buraxılış yalnız abituriyentin şəxsiyyət vəsiqəsinin əsli və "İmtahana buraxılış vərəqəsi" əsasında həyata keçirilir. Göstərilən sənədlərindən biri olmayan, imtahana şəxsiyyət vəsiqəsinin surəti ilə gələn, başqasının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçən abituriyentlər imtahana buraxılmır. "DM"