02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiya azərbaycanlını qətlə yetirəni Ermənistana verir

01.10.2019

Rusiyada azərbaycanlının qətlinə görə 18 il həbs cəzası alan Arman Arakelyan Ermənistana ekstradisiya ediləcək.
Xəbər verildiyi kimi, bu barədə A. Arakelyanın oğlu Qurgen Arakelyan bildirib.Onun sözlərinə görə, atasının ekstradisiyası 1-2 ay çəkəcək.
Qeyd edək ki, bundan əvvəl Rusiya A.Arakelyanı Ermənistana təhvil verməyə hazır idi. Lakin Ermənistanın keçmiş Ədliyyə naziri Artak Zeynalyan bunu məqbul saymamışdı.
Xatırladaq ki, qətl hadisəsi A.Arakelyana məxsus kafedə onunla azərbaycanlı arasında yaranmış mübahisədən sonra baş verib.
Ermənistan vətəndaşı mübahisədən sonra avtomobil dayanacağında onu izləyərək qətlə yetirib.
A.Arakelyan artıq dörd ildir ki, Murmansk həbsxanasında cəzasını çəkir.