02 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakı bu reytinqdə ilk beşlikdədir

01.10.2019

"TurStat” turizm portalı payız fəslində istirahət və səyahət üçün MDB-nin ən yaxşı şəhərlərinin reytinqini təqdim edib.
Siyahı 2019-cu ilin payızında turistlər arasında populyarlıq qazanan şəhərlərin analizi nəticəsində hazırlanıb.
Məlumata görə, MDB şəhərlərinə turistlər payız aylarında ortalama iki-üç istirahət günündə gəlirlər və əsasən, həftəlik ekskursiya turlarına üstünlük verirlər.
Siyahıya Azərbaycanın paytaxtı Bakı da daxil olub.
Reytinqə görə, turistlər payızda MDB-nin ölkə və şəhərlərində 40-100 dollar arası (60 – 170 manat) xərcləyərək, Minskə gəzməyə, Astana və Bakıya alış-verişə gəlirlər.
Məlumatda qeyd edilib ki, turistlərin payızda Azərbaycana səfər etməsinə səbəblərdən biri də oktyabrın sonlarında Göyçayda keçiriləcək Nar bayramıdır.