02 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ-da erkən qar çovğunu olub

01.10.2019

Birləşmiş Ştatlarda yay fəslinin bitməsindən cəmi bir həftə sonra ölkənin şimal-qərb bölgələrində erkən qar çovğunu olub.
Montana ştatının bəzi bölgələrinə qarın hündürlüyü 90 sm-dən çox olub. Qar həmçinin Kaliforniya, Oreqon, Vaşinqton, Aydaho, Nevada və Yuta ştatlarını də örtüb.
Montana qubernatoru Stiv Bollak bazar günü ştatda fövqəladə vəziyyət elan edib və qarın ən çox təsirinə məruz qalan ərazilərdə yardım üçün resurslardan istifadəyə göstəriş verib.
Milli Hava Xidməti güclü sulu qar və şiddətli küləklərin ağacları yıxacağı, elektrikin kəsiləcəyi və yollarda hərəkətə maneələr törədəcəyi barədə xəbərdarlıq yayıb. Ştatda evsizlər üçün sığınacaqlar açılıb.