02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Uçan qatarın hissələri təqdim edildi

01.10.2019

Çinin CRRC Zhouzhou Locomotive, maqnit kimi havada dayanan və saatda 600 kilometrə çata bilən sürət qatarının əhəmiyyətli hissələrinin təqdimatını etdi. Təqdimat mərasimi Çinin Hunan əyalətində reallaşdırıldı.
Çin maqnit kimi süzülərək hərəkət edən yeni qatarlar yaratmağa hazırlaşır. Layihə məsulu CRRC Zhouzhou Locomotive, saatda 600 kilometr sürətə çata bilən vasitənin əsas komponentlərini tanıtdı.
Qatarın güc sistemini, uzun stator mühərriklərini və iki transformatorunu ehtiva edən hissələr, Huan əyalətindəki Joujou şəhərində tanıdıldı.
Firma səlahiyyətlilərindən Hu Yunfenq, verdiyi şərhdə ənənəvi elektrikli mühərriklərdən fərqli olaraq uzun stator xətti mühərrikin sadə bir quruluşu olduğunu və səsinin aşağı olduğunu ifadə etdi. Yunfenq, həmçinin öz mühərriklərinin daha az enerji istehlak etdiyini və işlətmə-dayandırma əməliyyatlarının daha qısa sürdüyünü ifadə etdi.
Bu yeni və xüsusi mühərrik, sürətli qatarın sanki ürəyi mövqeyində iştirak edir. Transformatorlar isə statorun ehtiyac duyduğu nizamlı və sabit xəttə axın gücünü verir. Yəni bir cür vasitənin ürəyinə qan nasosla vuran damar funksiyası daşıyırlar.
Yüksək sürətli maqnetik qatar, hazırkı sürətli qatarlar və aviasiya arasındakı boşluğu doldurmaqla qalmayacaq, ölkənin ehtiyac duyduğu sürətli kütləvi nəqliyyat xidmətində də iştirak edəcək. Bu anda ölkədə istifadə edilən qatarların sürəti saatda 350 kilometri keçmir.