08 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ Türkiyənin tələbini QƏBUL ETDİ: Menbiç azad edilir

26.04.2018

ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri ilə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri arasında baş tutan gizli danışıqlar zamanı Suriyanın şimalının yeni yaradılacaq ərəb ordusuna verilməsi haqda razılıq əldə olunub.
"Dövran Media" xəbər verir ki, bu barədə "Basnyus” informasiya yayıb. Məlumata görə, YPG-nin nəzarətində olan Rakka şəhəri Səudiyyənin dəstəklədiyi Ceyş ül-İslam qruplaşmasına təslim ediləcək.
Daha sonra isə Demokratik Suriya Qüvvələrinin daxilindəki ərəblər Səudiyyə və BƏƏ-nin dəstəyi ilə qurulacaq yeni orduya qoşulacaq. Bununla da Suriyanın şimalı ərəb ordusunun nəzarətinə keçəcək. Sözügedən orduya kürdlərin, türkmanların da qoşulacağı iddia edilir.
Bu barədə "Basnyus”a açıqlama verən Suriya əşirət rəsmilərindən Mazal Həmad əl-Əsadi həmin planın həyata keçməsində Türkiyənin ABŞ-a qoyduğu tələbin mühüm rol oynadığını deyib:
"Menbiç, Rakka kimi şəhərlər ərəb qüvvələrinə təhvil veriləndən sonra yerli məclis idarəetməni ələ keçirəcək və buranı tərk etmiş insanlar öz torpaqlarına qayıda biləcəklər. Hazırda Suriyanın şimal-şərqindən qaçmış 2 milyon insan Türkiyədə yaşayır. Sözügedən planın həyata keçməsi Türkiyənin xeyrinədir”.
Qeyd edək ki, bir qədər əvvəl Vaşinqtonun Suriyanın şimal-şərqindəki ABŞ hərbi kontingentini ərəb ölkələrindən olan hərbçilərlə əvəzləmək istəməsi haqda məlumatlar yayılıb. Sözügedən planın Türkiyəyə ağır zərbə olacağı iddia edilmişdi.