28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ukrayna sabahdan xırda pulların dövriyyəsini dayandıracaq

30.09.2019

Ukraynada 2019-cu il oktyabrın 1-dən etibarən 1,2 və 5 qəpiklik pulların dövriyyəsi dayandırılacaq.
Azərtac Ukrinform agentliyinə istinadla xəbər verir ki, 1, 2 və 5 qəpikliklər Ukrayna Milli Bankı tərəfindən yığılacaq. Eyni zamanda, vətəndaşlar növbəti üç ildə məhdudiyyətsiz və ödənişsiz olaraq xırda pulları digər nominallı banknotlara dəyişə biləcək.
Ukrayna Milli Bankının sədr müavini Sergey Xolodun sözlərinə görə, nağdsız ödənişlərin artması və istehlakçıların davranışlarının dəyişməsi səbəbindən 1, 2 və 5 qəpiklik pulların məhsul və xidmətlərin haqqının ödənilməsindəki rolu xeyli azalıb. Bu addım həm də ölkədə pullarının qənaəti ilə bağlı atılıb.
"Qəpik istehsalına çəkilən xərclər onların nominal dəyərini üstələyir. Dövlət həmin pulların istehsalını dayandırmaqla hər il 90 milyon qrivenə qənaət edə bilər”, - deyə Xolod brifinqdə bildirib.