28 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

KİV-də yayılmış ittihamlara Baş Prokurorluqdan cavab

30.09.2019

Baş Prokurorluq KİV-də yayılmış ittihamlara cavab verib.
Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-ə açıqlamasında bildirib ki, Abşeron rayon sakini Pərviz Həbibovun öldürülməsi faktı üzrə prokurorluq orqanlarında tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla təqsirləndirilən şəxs Ələkbər Ağakişiyevin məhkəmə məsuliyyətinə verilməsinə baxmayaraq bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə cinayətin guya ört-basdır edilməsi, sonuncunun cinayət məsuliyyətindən azad edilməsinə dair informasiyalar yayılmışdır. Həmin məlumatlar həqiqəti əks etdirmmədiyindən tərəfimizdən qəti şəkildə təkzib olunur və ictimai rəyi çaşdırmaq, prokurorluq orqanlarının nüfuzuna kölgə salmaq məqsədi güdür.
Belə ki, Azərbaycan Həndbol Federasiyasının baş hakimi vəzifəsində işləmiş Ələkbər Ağakişiyevin, bacısının nişanlısı Pərviz Həbibovu ailəsinin ünvanına nalayiq sözlər işlətməsinə görə qisas almaq məqsədi ilə 21 iyun 2018-ci il tarixdə döyərək xəsarət yetirməsi nəticəsində sonuncunun 28 iyun 2018-ci il tarixdə yaşadığı ünvanda vəfat etməsi faktına görə Ə.Ağakişiyev təqsirləndirilən şəxs qismində cəlb olunaraq Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsində nəzərdə tutulan ittiham elan edilməklə cinayət işi üzrə istintaq tamamlanaraq 24 yanvar 2019-cu il tarixdə baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 aprel 2019-cu il tarixli hökmü ilə Ə.Ağakişiyevin əməli Cinayət Məcəlləsinin 126.3-cü maddəsindən 124.1-ci (Ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
Həmin hökm qanunsuz hesab edildiyindən Ə.Ağakişiyevin Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirli bilinib həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməsi barədə tərəfimizdən apellyasiya protesti verilmişdir.