28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Samir Şərifov Jak Şirakla vida mərasimində

30.09.2019

Azərbaycanın Maliyyə naziri Samir Şərifov Fransanın sabiq prezidenti Jak Şirakın vida mərasimində iştirak etmək üçün Parisə gedib.
APA-nın xəbərinə görə, sabiq prezident Jak Şirakla vida mərasimi Parisdəki Sent-Sulpis kilsəsində keçirilir.
Vida mərasiminə bir sıra ölkələrdən nümayəndə heyətləri qatılıb.
J.Şirak Parisdə Monparnas qəbiristanlığında böyük qızı Laurensin yanında dəfn ediləcək.
Qeyd edək ki, Jak Şirak sentyabrın 26-da 86 yaşında Parisdə vəfat edib. O, 1995-ci ildən 2007-ci ilə qədər Fransa prezidenti olub.