Putindən Gürcüstana mesaj: Abxaziyaya yardım edəcəyik 
    
                          
     
                         30.09.2019
 
    
                        															Rusiya Prezidenti Vladimir Putin qondarma Abxaziya lideri Raul Xacimbanı "müstəqillik günü” münasibəti ilə təbrik edib.
Bu məlumatı Kremlin mətbuat xidməti yayıb. Putin Moskvanın bundan sonra da Abxaziyaya milli təhlükəsizliyin təminatında yardım edəcəyini bildirib.
Qeyd edək ki, bundan öncə Putin Abxaziya ordusunun modernləşdirilməsinin maliyyələşdirilməsi haqqında sərəncam imzalayıb.