28 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Deputatdan təklif - Qarabağ komitəsi yaradılsın

30.09.2019

Milli Məclisdə Qarabağ komitəsi yaradılmalıdır.
Xəbər verildiyi kimi, bu təkliflə Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Tahir Kərimli çıxış edib.
O qeyd edib ki, daimi fəaliyyət göstərən Dağlıq Qarabağ komitəsi yaradılmalıdır.
T.Kərimli bildirib ki, Azərbaycanın öz torpaqlarını azad etmək hüququ var: "Bizim hər gücdən istifadə etmək səlahiyyətimiz var. Biz ermənini deyil, erməni bizi düşmən seçib. Bizə düşmən gözü ilə baxanlarla milli barışıq, "xalq diplomatiyası”nı qəbul etmirəm”.
Deputat əlavə edib ki, ATƏT-in Minsk Qrupu buranı rəqs meydançasına çevirib: "Minsk qrupunun rəqsə gəlməyi və bizim taleyimizi rəqs diplomatiyasına çevirməsi mənə çox toxunur. Əvvəl şahmat diplomatiyasına oxşadırdılar, indi də rəqs diplomatiyası... Gəlib vals oynayıb gedirlər. Minsk Qrupunun yaradılması səhv addım idi”.