06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Avropa ölkələrindən İrana XƏBƏRDARLIQ

29.09.2019

BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) İranın uranın zənginləşdirilməsi üçün qadağan edilmiş texnologiyadan istiafə etdiyini deyib.
Fransa, Britaniya və Almaniya İrana xəbərdarlıq ediblər ki, əgər Tehran 2015-ci ildə imzalanmış nüvə sazişinin şərtlərini pozmağa davam edərsə, saziş ləğv oluna bilər.
Avropa İttifaqını (Aİ) təmsil edən üç ölkə bildirib ki, İran sazişin şərtlərini pozmağa davam edərsə, onlar mübahisə mexanizmindən istifadə edəcəklər.
Əgər mübahisə mexanizmindən istifadə edilərsə, nüvə sazişi ləğv oluna bilər və BMT İrana qarşı sanksiyaları yenidən tətbiq edə bilər. BMT bunu etdiyi halda, təşkilata üzv olan bütun ölkələr sanksiyalara riayət etməli olacaqlar.
Avropa ölkələrinin xəbərdarlığı İran nazirlərinə BMT Baş Məclisi ətrafında keçirilən görüşdə çatdırılıb. 
Qeyd edək ki, müvafiq sazişə görə, nüvə silahlarının hazırlanması üçün istifadə edilən uranın zənginləşdirilməsi məhdudlaşdırılmalı, bomba hazırlamaq üçün əlverişli olan plutoniumun olduğu ağır-su reaktoru yenidən dizayn edilməli və bu prosesə daim beynəlxalq nəzarət həyata keçirilməli idi.