19 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Kralın mühafizəçisi öldürüldü

29.09.2019

Səudiyyə Ərəbistanı kralının şəxsi mühafizəçisi, briqada generalı Əbdüləziz  bin Bəddah əl-Fağım öldürülüb.
Hadisə dünən axşam Ciddə şəhərində baş verib.
General axşam saatlarında dostu Turki Ben Abdel-Əzizin evinə qonaq gedib. Evdə Əbdüləziz bin Bəddah əl-Fağımın digər dostu Mahmud Ben Maşaal da olub. General və Mahmud Ben Maşaal arasında mübahisə olub. Sonuncu mübahisədən sonra evi tərk edib, daha sonra silahla geri dönərək atəş açmağa başlayıb. Nəticədə Əbdüləziz  bin Bəddah əl-Fağım, ev sahibi və evdə çalışan filippinli xidmətçi yaralanıb.
Hüquq-mühafizə orqanları hadisə yerinə gəlib. Mahmud Ben Maşaal təslim olmaq istəməyib və atışma zamanı öldürülüb. Hadisə zamanı təhlükəsizlik qüvvələrinin 5 əməkdaşı da yaralanıb.  
Kralın mühafizəçisi və digər yaralılar xəstəxanaya yerləşdirilib. Ancaq həkimlərin səylərinə baxmayaraq, Əbdüləziz  bin Bəddah əl-Fağım həyatını itirib.