02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bu avtomobillər “su qiymətinə” satılır

27.09.2019

Oktyabrın 29-da dövlət qurumlarının balansında olan bəzi nəqliyyat vasitələri hərraca çıxarılacaq.
Xəbər verildiyi kimi, Əmlak Məsələləri Dövlət Komitəsinin keçirəcəyi hərracda 11 avtomobil təqdim olunacaq.
Milli Məclisin İşlər İdarəsinin balansında olan dörd ədəd "Nissan Maxima” satışa çıxarılır. Onlardan biri qəzalı vəziyyətdədir və ilkin qiyməti dörd min manatdır.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə məxsus 2005-ci il buraxılışlı "Chevrolet Niva” altı min manata təqdim olunacaq.
Sifarişlər Əmlak Məsələləri Dövlət Komitəsi Əmlak Xidmətləri Məkanında və yaxud e–emdk.gov.az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec üç bank günü qalanadək qəbul olunacaq.