08 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Məşhur ekspert: "Ermənistan qorxunc məğlubiyyətlər yaşayacaq"

26.04.2018

"Ermənistan daim xarici təzyiq altında olan dövlətdir. Əgər Ermənistanın daxilində dövlətçilik tənəzzülə uğrayarsa, o, iqtidarsız dövlətə (failed state) çevriləcək. Ermənistanda hakimiyyət Maydanda qışqırıqlarla formalaşacaqsa, deməli, Yerevanda beynəlxalq səviyyədə tanınmış hökumət olmayacaq. Ermənistanı əhatə edən dövlətlərin, ilk növbədə Türkiyə və Azərbaycanın isə Ermənistan qarşısında öhdəliklərini yerinə yetirmək kimi mükəlləfiyyəti yoxdur”, - "Dövran Media" xəbər verir ki, bunu "Vzqlyad” qəzetinə müsahibəsində Sosial Tədqiqatlar Ekspert İnstitutunun ekspertlər şurasının rəhbəri Qleb Kuznetsov deyib.
O, Yerevanda baş verən hadisələrin sonrakı gedişi ilə bağlı proqnozlardan da danışıb: "Hamımız xatırlayırıq, Bakıda İlham Əliyevin səsləndirdiyi fikir mövcuddur ki, Yerevan "əzəli Azərbaycan şəhəridir”. Başqa sözlə, söhbət yalnız Qarabağdan getmir.
Bir paytaxta iki hakimiyyətin – biri meydanda, digəri parlamentdə - olduğu istənilən vəziyyətdə münaqişənin donu dərhal açılacaq. Çox qan axıdılacaq və bunun Ermənistan üçün necə bitəcəyi məlum deyil. Münaqişənin tarixinə nəzər salsaq, yada düşər ki, Azərbaycan Qarabağda məhz Bakıda hakimiyyətin çox zəif olduğu vaxtlarda qorxunc hərbi uğursuzluqlar yaşamışdı. O vaxt hakimiyyət elə bu cür dəli fanatikə - Xalq Cəbhəsinin lideri Əbülfəz Elçibəyə məxsus idi və o, dövləti nəzarəti altında saxlaya bilmirdi. İndi buna əks vəziyyət yarana bilər”, - məşhur rusiyalı analitik bildirir.