02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanlı iş adamını şantaj edən ər-arvad tutuldu - VİDEO

27.09.2019

Türkiyədə azərbaycanlı iş adamını şantaj edərək bir milyon dollar istəyən ər-arvad saxlanılıb.
Turizm sektorunda çalışan azərbaycanlı iş adamı sentyabrın 23-də polisə müraciət edərək təxminən beş ildir yanında çalışan şəxs tərəfindən intim görüntüləri ilə təhdid edildiyini bildirib:
"Bir milyon dollar verməsəm, həmin görüntüləri sosial şəbəkədə yayacaqlarını, ailəmə göndərəcəklərini və Azərbaycan mətbuatına verəcəklərini dedilər”.
Faktla bağlı başladılan araşdırma nəticəsində Özgür K. ilə həyat yoldaşı Esin K. Ərzurumda hotellərin birində ələ keçib.
İstanbula gətirilən şübhəlilər iş adamının onların müdiri olduğunu və onlara borclu olduğunu iddia edib.
Araşdırma zamanı ər-arvadın Gürcüstana qaçmaq istədiyi də müəyyənləşib.