05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Prezident: TANAP iyunda açılır

26.04.2018

"Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının bundan əvvəlki iclasında Bakı-Tibilisi-Qars dəmir yolunun açılışında iştirak etmişdik”.
 Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib. O bildirib ki, qarşıdakı dövrdə yeni layihələr həyata keçiriləcək: "Bu sahədə ən önəmlisi milli valyutalara keçid olacaq. Bundan əlavə, yaxın zamanda, iyunun əvvəlində TANAP-ın açılışı keçiriləcək. Bu, xalqlarımıza, dünyaya bir müjdəmiz olacaq. Bu, tək Tükiyə və Azərbaycan arasında qaz nəqlinə deyil, bütövlükdə Avropanın enerji təhlükəsizliyinə töhfə olacaq. Sentyabr-oktyar aylarında "Star" zavodu açılacaq. Bununla da Azərbaycan Türkiyədə ən böyük sərmayəçi olacaq”.
 Türkiyə prezidenti qeyd edib ki, qısa müddətdə güzəştli ticarətə dair müqavilə həyata keçiriləcək: "Azərbaycan-Türkiyə-Pakistan, Azərbaycan-Türkiyə-İran formatları da əməkdaşlıqda mühüm əhəmiyyət kəsb edir”.