02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bu ərazilərdə qaz təchizatı dayandırılıb

27.09.2019

Sentyabrın 27-də səhər saat 09:00-dan etibarən işlər başa çatanadək yeni çəkilmiş qaz xətlərinin mənbəyə birləşdirilməsi ilə əlaqədar Gəncə şəhərinin bir hissəsində qaz təchizatı dayandırılıb.
Bu barədə "Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Həmçinin, bildirilib ki, saat 09:30-dan etibarən isə aşkar olunmuş qaz sızmalarının ləğvi və digər təmir-bərpa işlərinin aparılması ilə bağlı Ağstafa rayonunun mərkəzi və bir neçə yaşayış məntəqəsində qaz fasilələrlə veriləcək.
Saat 12:00-dan isə Nizami rayonu, Qara Qarayev, E.Süleymanov, B.Nuriyev, Naxçıvanski, Rüstəmov, A.Manafov, Nəvai küçələrində qaz təchizatı dayandırılacaq. Bu zaman "8-ci km Əsas” orta təzyiqli qaz xəttində bir sıra mövsümi işlər görüləcək.