02 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Facebook yeni funksiyasının sınağına başlayır

27.09.2019

Facebook sosial şəbəkəsi Avstraliyada nəşrlərdəki bəyənmələrin sayını və videoya baxışı gizlədən bir funksiyanı sınaqdan keçirməyə başlayıb.
Dövran Media Trend-ə istinadən bildirir ki, hazırda bu rejimin digər ölkələrdə sınaqdan keçiriləcəyi barədə qərar verilməyib. "Bu dəyişikliklərin istifadəni yaxşılaşdıracağını araşdırmaq üçün rəylər toplayacağıq" deyə "Facebook" sözçüsü Cimmi Raymo bildirib.
Bənzər bir funksiya artıq Kanada və Braziliya da daxil olmaqla 7 ölkədə Instagram-da sınaqdan keçirilməyə başlayıb. Bəyənmələrin ümumi sayının əvəzinə istifadəçilərə yazını bəyənən bir neçə qarşılıqlı dostun adları göstərilir.