02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Misirdə kütləvi həbslər - 1000 nəfər

27.09.2019

Misirin Baş Prokurorluğu ölkənin müxtəlif şəhərlərində keçirilmiş etiraz aksiyalarında saxlananların sayı haqqında məlumatları açıqlayıb.
TASS xəbər verir ki, ölkənin 5 vilayətində 1000 nəfər saxlanılıb və istintaqa cəlb edilib. Onlar mitinqlərdə iştirakda ittiham ediliblər. 
Rəsmi məlumatda bildirilir ki, saxlanılanların arasında bir neçə xarici vətəndaş, o cümlədən hollandiyalı da var. O, yaşadığı mehmanxananın damından dronun köməyi ilə "Təhrir" meydanında və yaxınlıqdakı küçələrdə fotoçəkiliş aparıb. Saxlanılanlar arasında "İslam cihadı" qruplaşmasının üzvü də var.
Bundan başqa Türkiyə vətəndaşının da həbs olunduğu bildirilib. O, "Təhrir" meydanında güc strukturları əməkdaşlarının fotoçəkilişini aparıb.