02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Aİ: Bu dialoq münaqişənin sülh yolu ilə həlli üçün önəmlidir

27.09.2019

"Gürcüstan xarici işlər naziri David Zalkaliani ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında görüş regional təhlükəsizlik məsələlərinin müzakirəsi  baxımından vacib fürsət oldu"
Avropa İttifaqı Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə mətbuat xidmətinin rəhbəri Maya Kosiançiç (Maja Kocijancic) belə deyib. 
"Gürcüstanın xarici işlər naziri David Zalkaliani ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasındakı görüş regional təhlükəsizlik məsələlərini müzakirə etmək, Gürcüstan-Rusiya münasibətlərindəki gərginliyi və bu gərginliyin vətəndaşlara təsirini azaltmaq üçün  vacib bir fürsət oldu. Dialoq münaqişənin  sülh yolu ilə həlli üçün önəmlidir və Avropa İttifaqı bunu tam dəstəkləyir. Gürcüstandakı münaqişədən zərər çəkmiş əhalinin vəziyyətini yumşaltmaq üçün bütün tərəflərin konstruktiv şəkildə fəaliyyət göstərməsi vacibdir. Avropa  İttifaqı Gürcüstanın suverenliyini və beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir. ", - deyə M. Kosiançiç bildirib.
Qeyd edək ki, ötən gün BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 74-cü sessiyası çərçivəsində  İsveçrənin təşəbbüsü və təşkilatçılığı ilə Rusiya xarici işlər naziri Sergey Lavrov və Gürcüstan xarici işlər naziri D.Zalkaliani arasında görüş baş tutub. Görüşdə əsas müzakirə mövzusu Gürcüstanın işğal edilmiş ərazilərindəki vəziyyət olub.