02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İsraildə Azərbaycan mahnıları səsləndirildi

26.09.2019

İsrailin Kiryat Bialik şəhərindəki "Qan Miryam” klubunda Roş-Ha-Şana bayramına həsr olunmuş konsert keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Azərbaycandan gələn repatriantların da qatıldığı konsertdə soydaşımız Kameliya Yoffenin ifasında görkəmli sənətkarlar Rəşid Behbudovun, Müslüm Maqomayevin və Polad Bülbüloğlunun repertuarlarından mahnılar səsləndirilib. Mahnılar hətta Azərbaycan dilini bilməyən tamaşaçılarda da böyük maraq doğurub.
Qeyd edək ki, yeni il adlanan və mənəvi sağlığa qovuşmağa çağıran Roş-Ha-Şana bayramı Qubanın Qırmızı Qəsəbə massivində yaşayan dağ yəhudiləri tərəfindən də qeyd olunur. Onlar bayramın ilk günündə sinaqoqa gedir, mənəvi saflıq qazanmaq və uğurlu ilə qədəm qoymaq niyyəti ilə səhər və axşam saatlarında bayram ibadəti edirlər.