29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Mənsimov: - Prezident olmaq fikrim yoxdur

26.09.2019

"Xəzər Lənkəran" və "Palmali”nin rəhbəri Mübariz Mənsimovun "Beşiktaş”a prezident olacağına dair iddialar yayılıb.
 İstanbul klubunun İdarə Heyətinin üzvü olan azərbaycanlı iş adamı Türkiyədə fəaliyyət göstərən "Azərbaycan Kartalları” fan klubuna verdiyi açıqlamada bu iddialara münasibət bildirib:
"Klubu alacağıma dair iddialar yayılır. İlk olaraq deyim ki, bu, müzakirə mövzusu belə deyil. Çünki "Beşiktaş” satılmır. Prezident olacağıma dair iddialar da var...
Mən sadəcə, "Beşiktaş” azarkeşiyəm. Prezident olmaq kimi fikrim yoxdur. Əlimdən gəldiyi qədər kluba yardım etməyə çalışıram. Klubuma da uğurlar diləyirəm”.
İstanbul təmsilçisinə 2012-ci ildən prezidentlik edən Fikrət Orman vəzifəsindən istefa verib.