29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İlk ərəb astronavtı Beynəlxalq Kosmik Stansiyaya birləşib

26.09.2019

Sentyabrın 25-də Qazaxıstandakı Baykonur kosmodromundan kosmosa göndərilən və göyərtəsində ilk ərəb astronavtın da olduğu "Soyuz-15” gəmisi Beynəlxalq Kosmik Stansiyaya birləşib. TASS agentliyi xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ilk astronavtı Həzaa əl-Mənsuri ilə yanaşı, kosmik gəminin ekipajına rusiyalı kosmonavt Oleq Skripoçka və NASA-nın astronavtı Cessika Meir də daxildir.
"Roskomos”un məlumatında bildirilir ki, ərəb aeronavtın kosmik missiyası qısamüddətli olacaq və o, oktyabrın 3-də Yerə qayıdacaq. BƏƏ-nin ikinci astronavtı - əl-Mənsurinin dublyoru Sultan ən-Niyadi tezliklə Rusiyanın pilotlu kosmik proqramı çərçivəsində Beynəlxalq Kosmik Stansiyaya göndəriləcək. Bunu jurnalistlərə müsahibəsində Əmirliklərin Ali Təhsil və İxtisasartırma naziri Əhməd ben Abdalla Humeyd Belhul əl-Fəlasi söyləyib. Nazir qeyd edib ki, BƏƏ öz kosmik proqramını inkişaf etdirmək istəyir və hazırda Beynəlxalq Kosmik Stansiyada olan astronavtın təhlükəsiz şəkildə Yerə qayıtması və yeni astronavtların kosmosa göndərilməsi üzərində iş aparılır. "Roskomos”un rəhbəri Dmitri Roqozin isə bildirib ki, Rusiya tərəfi gələcəkdə BƏƏ-nin öz kosmik gəmisinin orbitə göndərilməsi istiqamətində qarşı tərəflə birgə proqram hazırlayacaq.