Trampdən Zelenskiyə:  Putin bunu istəyir... 
    
                          
     
                         26.09.2019
 
    
                        					Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki situasiyanın həllinə çalışır.
Bu sözləri ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşündə deyib.
O bildirib ki, ABŞ Donbasda münaqişəsinin aradan qaldırılacağını düşünür:
"Hazırda inanıram ki, Rusiya prezidenti nəyəsə nail olmaq istəyərdi. İndiki zamanda ümid edirəm ki, siz və Putin görüşəcəksiniz və problemi həll edə biləcəksiniz. Bu, inanılmaz irəliləyiş olardı”.