09 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Nazir istefa verdi - Ermənistanda

25.04.2018

Ermənistanın idman və gənclər nazirinin vəzifələrini icra edən Qraçya Rostomyan istefa verib. 
"Dövran Media" xəbər verir ki, bunu nazirin mətbuat katibi Asthik Martirosyan bildirib.
"Anın taleyüklü olduğunu və hər bir Ermənistan vətəndaşının dövlət qarşısında məsuliyyətini anlayaraq, mən idman və gənclər naziri vəzifəsindən istefa verirəm”, - Rostomyanın bəyanatında deyilir.
O həmçinin əlavə edib ki, "Çiçəklənən Ermənistan” partiyasının tərəfdarı olaraq, partiyanın liderinin ümumxalq səfərbərliyi çağırışını dəstəkləyir və şəxsən küçə etirazlarına qoşulur.
"Bütün idmançıları və idman dünyasının təmsilçilərini inandırıram ki, bu gün Ermənistan bayrağının Respublika meydanında xalqımızın başı üzərində dalğalanmasının zamanı yetişib. Hakim Respublikaçı Partiyasından və "Daşnaksütun”dan olan həmkarlarımı tərəddüd etmədən xalqa qoşulmağa və onun tələblərinə əməl etməyə çağırıram. Hazırda vətənimiz üçün dinc çıxış yolu tapmaqdan başqa vacib iş yoxdur”, - Rostomyan deyib.