29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Dost İş Mərkəzi”nin direktoruna yüksək vəzifə verildi

25.09.2019

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinə məxsus "Dost İş Mərkəzi” MMC-nin direktoru Niyazi Rəhimov nazirliyin aparat rəhbərinin müavini təyin olunub.
Xəbər verildiyi kimi, bu barədə  nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı məlumat verib.
"Dost İş Mərkəzi” MMC-nin direktor vəzifəsini Niyazi Rəhimovun müavini Firudin Cəbrayılov icra edir.
Qeyd edək ki, "Dost İş Mərkəzi” ötən il dekabrın 26-da yaradılıb. Şirkət adıçəkilən nazirliklə eyni hüquqi ünvanda - Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova küçəsi, 85-də 1 000 manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınıb.