29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Donald Tramp və Səudiyyə vəliəhdi İmran Xandan xahiş edib

25.09.2019

ABŞ Prezidenti Donald Tramp və Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Pakistanın Baş Naziri İmran Xandan xahiş ediblər ki, İran Prezidenti Həsən Ruhani ilə danışıqlar aparsın və vasitəçilik etsin.
İmran Xan hər iki liderin xahişini yerinə yetirərək vasitəçilik missiyasına başlayıb və H.Ruhani ilə ilk görüşünü də keçirib. Danışıqlar davam edir. İmran Xan danışıqlardakı müzakirə olunan məsələlər haqqında hələlik məlumat verməyin məqsədəuyğun olmadığını nəzərə çatdırıb.
Xatırladaq ki, Nyu-Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası davam edir. Yuxarıda qeyd olunan görüşlər də Nyu-Yorkda BMT-nin mənzil qərargahında baş tutub. /Azərtac/