27 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Paşinyan Putinə şok “sürpriz” hazırlayır

25.09.2019

Ermənistanın yeni hökuməti Rusiya Prezidenti Vladimir Putinin İrəvana səfərinə iki cür hazırlaşır: həm rəsmi tədbirlər planlaşdırılır, həm də Putinə qarşı etiraz aksiyaları təşkil edilir.
Bu iddia ilə "Politik.am” saytı çıxış edib. Saytın mənbəsi hakimiyyətin fərqli nümayəndələrinin Putinə qarşı etirazlarda iştirak edəcək gəncləri əlaqələndirdiyini bildirib. Aksiyalara Gürcüstandan da müxtəlif şəxslərin cəlb ediləcəyi vurğulanıb.
Media aktivistlərin Putinə qarşı fəaliyyətini parlamentin Mənim Addımım Blokundan olan deputat Ovanes Ovannesyanın, Gürcüstandan etirazçıların cəlbini Mülki Müqavilə Partiyasının (N.Paşinyanın sədri olduğu partiya) üzvü Arsen Xaratyanın koordinasiya etdiyini yazıb. Aksiyalarda həmçinin Sasna Çrer Partiyasının da nümayəndələrinin iştirak edəcəyi qeyd edilib.