26 04 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Yeni metrostansiyanın adı necə olmalıdır? - Gənc ekspertdən TƏKLİF

24.09.2019

Paytaxtın Ceyhun Səlimov küçəsində (Papanin) tikilməkdə olan və 2020-ci ildə açılışı panlaşdırılan metrostansiyaya hansı adın verilməsi son günlər sosial şəbəkələrdə müzakirə olunan mövzulardan biridir.
Nəqliyyat eksperti Aslan Əsədov da "Devran Media"ya açıqlamasında yeni metrostansiyanın adı məsələsində maraqlı təkliflə çıxış edib.
"Mövcud qanunlara əsasən Nazirlər Kabineti yanında komissiya metro adlarına nəzarət edir, bəzi rəyləri nəzərə alır. Mövcud ad metroya uyğun olmalıdır. Sosial şəbəkələrdə, mətbuatda qeyd olunan adlar qürurverici və ibrətamizdi. Lakin yeni stansiyanın ölkənin əsas hərbi tibb ocağına yaxın olduğu üçün yeni adın da ona uyğun olmasını zəruri edir.
Fikrimcə, yeni stansiyaya "Silahlı Qüvvələr" adının verilməsi daha məntiqli olar. "Neftçilər", "İnşaatçılar" kimi adlar artıq pratikamızda var. Niyə "Silahlı Qüvvələr" stansiyası da olmasın?"