20 04 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Rövşən Xəlilov dünya çempionatına vəsiqə qazandı

24.09.2019

Azərbaycan Ağır Atletika Federasiyasının təşkilatçılığı ilə pauerliftinq üzrə dünya çempionatına seçmə xarakterli Azərbaycan kuboku turniri keçirilib.
Fövqəladə Hallar Nazirliyindən Azərtac-a bildiriblər ki, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Rövşən Xəlilov yarışları qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, pauerliftinq üzrə üç hərəkətin cəmində 635 kiloqram və yerdən qaldırmanın deadleft növü üzrə 255 kiloqram nəticə ilə birinci yerə layiq görülüb. İdmançımız bu nəticə ilə dünya çempionatına vəsiqə qazanıb.
Üçqat Avropa və dördqat dünya çempionu, fəxri idman ustası Rövşən Xəlilov həm də Azərbaycan çempionu və rekordçusudur.