08 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Prezidentimizin Türkiyə səfərində BİR İLK YAŞANDI +VİDEO-Yenilənib

25.04.2018

Türkiyədə səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Beştəpədəki iqamətgaha gəlib.
İlham Əliyev prezident iqamətgahında rəsmi mərasimlə qarşılanıb.
Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi zamanı bir ilk yaşanıb.
Mərasim zamanı Türkiyə və Azərbaycan liderləri arasındakı görüşdə ilk dəfə olaraq "Can Azərbaycan” musiqisi səsləndirilib.
****
Türkiyə prezident Sarayında Azərbaycan prezidenti İlham Əliyevin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan tərəfindən rəsmi qarşılanma mərasimi keçirilib.
"Dövran Media"nın NTV-yə istinadən verdiyi məlumata görə, Azərbaycan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Mərasimdə hər iki ölkənin dövlət himni səsləndirilib.
Rəsmi qarşılanmanın ardınca prezidentlər arasında təkbətək görüş olacaq.
Daha sonra Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclası keçiriləcək, sonra prezidentlər mətbuata bəyanatla çıxış edəcəklər.