03 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"İlk Şəbnəm" əmtəə nişanı kimi qeydiyyata alındı

23.09.2019

Əqli Mülkiyyət Agentliyi Əməkdar artist Şəbnəm Tapdığın adının əmtəə nişanı kimi qeydiyyata alınması üçün etdiyi müraciəti ilə bağlı qərar qəbul edib.
Agentlikdən Report-a bildirilib ki, Əməkdar artist "İLK ŞƏBNƏM” adının əmtəə nişanı kimi qeydiyyata alınması üçün müraciət edib:
"Əməkdar artist Tapdıqova Şəbnəm İlyas qızı iyunun 11-də təqdim etdiyi iddia sənədi ilə "İLK ŞƏBNƏM” söz işarəsindən ibarət əmtəə nişanının Təsnifatın 41-ci sinfi üzrə (musiqili təqdimatların təqdim edilməsi xidməti üzrə) qeydiyyatına dair Əqli Mülkiyyət Agentliyinə müraciət edib.
Müraciətə Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin Əmtəə nişanı,sənaye nümunəsi və coğrafi göstəricilərin ekspertizası şöbəsində baxılıb və onun qeydiyyatına dair Müşahidə Şurası tərəfindən 22 avqust 2019-cu il tarixli Qərar qəbul edilib”.
Agentlikdən bildirilib ki, qeydiyyata alınan əmtəə nişanı şəxsi adların qorunması kimi qəbul olunmur: "O, Təsnifatın qeydiyyata alındığı əmtəə və xidmətlər üzrə əmtəə nişana dair hüquqlarını ehtiva edir”.
Qeyd edək ki, Əməkdar artist Şəbnəm Tapdıq 2019-cu ilin iyunun 11-də "İlk Şəbnəm” adının əmtəə nişanı kimi qeydiyyata alınması üçün Əqli Mülkiyyət Agentliyinə müraciət edib.