03 05 2025-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024

Karapetyan xalqa müraciət etdi: Əgər xalq Paşinyanı seçmək istəyirsə...

25.04.2018

Ermənistan baş naziri yalnız parlamentdə seçilməlidir.
"Dövran Media" xəbər verir ki, bunu Ermənistanın Baş nazirinin səlahiyyətlərinin müvəqqəti icraçısı Karen Karapetyan bu gün xalqa növbəti müraciətində deyib.
"Əgər siyasi partiyalar razılaşsa, o zaman növbədənkənar seçkilər keçirmək olar. Biz siyasi gündəmdən uzaqlaşmırıq. Bu cür davam etmək olmaz. Bizim iqtisadi problemlərimiz yaranacaq, investorlar ölkədən gedəcək. Mən xalqın fikrini və narazılığını yüksək dəyərləndirirəm. Biz bu narazılığa reaksiya vermişik, indi də masaya əyləşib, müzakirə etməyə hazırıq. Əgər hər şey bu cür davam etsə, o zaman əldən qaçırılanı bərpa etmək çətin olacaq.
Paşinyanı və ya digərlərini baş nazir kimi görmək istəyirlər. Bəs kriteriyalar haradadır? Bunun üçün seçki var. Ona görə də gəlin növbədənkənar parlament seçkisi keçirək. Əgər xalq Paşinyanı seçmək istəyirsə, o zamanı onu qanuni seçkilərdə seçsin. Baş nazir küçələrdə seçilmir”, – deyə o bildirib.
Qeyd edək ki, ötən gün gecə K.Karapetyan yazılı müraciət etmişdi.