Aİ husilərin addımını  alqışlayır 
    
                          
     
                         23.09.2019
 
    
                        Avropa Birliyi, Yəmənin Ansarullah (husilər) üsyançı hərəkatının tərəfdarlarının Səudiyyə Ərəbistanındakı hədəflərə yeni hücumlarını rədd etməsini alqışlayır.
Dövran Media Trend-ə istinadən bildirir ki, bu barədə Aİ xarici xidmət nümayəndəsi Maya Kosyanciç açıqlama verib.
Aİ Xarici İşlər Nazirliyinin saytında deyilir: "Sentyabrın 20-də "Ansarullah" hərəkatının Səudiyyə Ərəbistana qarşı hərbi əməliyyatları dayandırması üçün verdiyi bəyanat çox vacib bir addımdır. Avropa Birliyi həmişə Yəməndəki münaqişənin hərbi yolla həll edilməməsi barədə fikirdə olub və bu səbəbdən münaqişənin de-eskalasiyası üçün təcili tədbirlər görülməlidir.