08 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ruhaninin çıxışı kəsildi: Təbrizdə milli çağırış - VİDEO

25.04.2018

İran prezidenti Həsən Ruhaninin çıxışı zamanı Təbrizli tələbələr İran bayrağını ayaq altına atıblar.
"Dövran Media" xəbər verir ki, dünən Təbrizə səfər edən İran Prezidenti Həsən Ruhaninin çıxışını izləməyə gələn bir qrup azərbaycanlı tələbə prezidentin çıxışına mane olaraq, "Türk dilində mədrəsə - Olmalıdır hər kəsə”, "Yaşasın Azərbaycan”, "Urmu gölü susuzdur – Azərbaycan oyanmasa uduzdu” və s. kimi milli şüar səsləndirib.
Qeyd edək ki, azərbaycanlı milli fəalların H.Ruhaniyə etiraz etmələrinin əsas səbəbi İranda prezident seçkiləri ərəfəsində Azərbaycan xalqına türk dili və Urmu gölü ilə bağlı verdiyi vədlərə hələ də əməl etməməsi olub.