28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Güləşçilərimiz dünya çempionatının FİNALINDA

21.09.2019

Azərbaycanın iki sərbəst güləşçisi Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında yarımfinal görüşünə çıxıb. 
Yığma üzvlərindən Cəbrayıl Həsənov və Şərif Şərifov növbəti qələbəsini qazanmaqla, finala yüksəliblər. 
Milli komandanın kapitanı Cəbrayıl Həsənov yarımfinalda Taymuraz Salkazanovu (Slovakiya) sınağa çəkib. 79 kq-da mübarizə aparan pəhləvan rəqibini 4:3 hesabı ilə məğlub etməklə, ikinci dəfə dünya çempionatının finalına yüksəlib. O, həlledici görüşdə ötən il mundialda çempionluğu uduzduğu amerikalı Karl Deyklə münasibətinə aydınlıq gətirəcək. 
Olimpiya, dünya və Avropa çempionu Şərif Şərifov isə yarımfinalda Kayl Snayderlə (ABŞ) güləşib. Tokio-2020-yə lisenziyanı təmin edən idmançı rəqibini 5:2 hesabı ilə məğlub etməklə 8 ildən sonra yenidən mundialın finalında iştirak hüququ qazanıb. O, qızıl medal üçün Olimpiya, üçqat dünya və üçqat Avropa çempionu Abdulrəşid Sadulayevlə (Rusiya) gücünü yoxlayacaq. 
Aleksandr Qostiyev (86 kq) ardınca isə Əhmədnəbi Qvarzatilov (61 kq) da mundalda çıxışını bitirib. Buna səbəb onun da məğlub olduğu rəqibin finala yüksələ bilməməsi olub. 
Medal döyüşləri sentyabrın 22-də keçiriləcək. 
Qeyd edək ki, yunan-Roma və qadın güləşi üzrə Azərbaycan millisi dünya çempionatında çıxışını başa vurub. Yığmanın heyətində Mariya Stadnik (50 kq) qızıl, Rafiq Hüseynov (82 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Elis Manolova (65 kq) bürünc medal qazanıb. M. Stadnik çempion olmaqla yanaşı, Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziyanı da təmin edib.