28 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bill de Blazio namizədliyini verməyəcək

21.09.2019

Nyu-York meri Bill de Blazio sentyabrın 20-də bildirib ki, o, 2020-ci ildə ABŞ Prezidenti seçkilərində Demokratlar Partiyasından namizədliyini irəli sürmək iddiasında olan siyasətçilərin mübarizəsindən çıxacaq.
Bill de Blazio MSNBC telekanalının "Sabahın xeyir, Co” proqramındakı çıxışında deyib: "Insanların problemlərini dinləməyə qabil olmaq, onlara yeni ideyalarla müraciət etmək mənim üçün orijinal sınaq oldu, eyni zamanda hiss edirəm ki, mən bu ilkin seçkilər üçün əlimdən gələni etdim və hələ buna hazır deyiləm. Ona görə də mən öz seçkiqabağı kampaniyamı başa çatdırmağa hazırlaşıram”.
Ötən həftə aparılmış ictimai rəy sorğusu nəticəsində məlum olub ki, üç namizəd – keçmiş vitse-prezident Co Bayden, senator Erni Sanders və senator Elizabet Uorren öz rəqiblərini xeyli qabaqlayır.