05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bəxtiyar Sadıqov: Sarkisyan Xocalı soyqırımına görə cavab verəcək

25.04.2018

İnanıram ki, Xocalı soyqırımına görə, orada günahsız insanların, qocaların və uşaqların qanını axıtdığına görə Serj Sarkisyan tribunal qarşısında cavab verəcək.
"Dövran Media" xəbər verir, bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Sadıqov deyib.
Deputatın sözlərinə görə, tarix müharibə canilərinin, günahsız insanların qanına əli bulaşmış cinayətkarların heç vaxt cəzasız qalmadığını göstərir:
"İlk növbədə, onların cəzasını mənsub olduqları xalq, sonra onların başçılıq etdiyi ordu, daha sonra isə beynəlxalq tribunallar verir. Sarkisyan ordusuna güvənirdi, çox qürurla Xocalı soyqırımının törədilməsində iştirakını etiraf edirdi və özünəəmin şəkildə cinayətkar fəaliyyətini davam etdirmək üçün hər şey edirdi”.
B.Sadıqov bildirib ki, bu gün Ermənistan iqtisadiyyatının acınacaqlı vəziyyəti, əhalinin yoxsullaşması, ölkənin blokadada qalıb səfil vəziyyətinə düşməsində Sarkisyanın "böyük xidmətləri” var: "Artıq xalq onunla sorğu-sualını etdi, ordu ona arxa çevirdi və hakimiyyətdən qovdu. Lakin bu ona verilən cəzanın başlanğıcıdır”.
Xatırladaq ki, aprelin 13-dən Yerevanda sabiq prezident S.Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyaları keçirilib. Aprelin 23-də isə S.Sarkisyan istefa verib.