27 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Hizbulla”dan bu ölkəyə sərt mesaj: “İran səni məhv edər”

21.09.2019

Livanın "Hizbulla” təşkilatı cümə günü Səudiyyə Ərəbistanına müharibə fikrinə düşməməyə çağırıb və İranın onu məhv edə biləcəyi barədə xəbərdarlıq edib.
"Hizbulla” lideri Seyid Həsən Nəsralla televiziya ilə çıxışında Riyadı və Birləşmiş Ərəb Əmirliklərini havadan müdafiə sisteminə pul xərcləməkdənsə, Yəməndəki müharibəyə son qoymağa çağırıb.
"İranı müharibə ilə təhdid etmə, çünki o səni məhv edər”, - deyən Nəsralla əlavə edib ki, "Birləşmiş Ərəb Əmirliklərinin şüşə şəhərləri kimi sizin də həm eviniz, həm də iqtisadiyyatınız şüşədən hazırlanıb”.
Qeyd edək ki, "Hizbulla” 1982-ci ildə İran islam Qvardiyası tərəfindən Livanda təsis olunmuş şiə qruplaşmasıdır. Ağır silahlarla təchiz olunmuş təşkilat İranın regional ittifaqında mühüm yer alır.