28 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Ümidsizliyə gülümsəyən qız” vəfat etdi - FOTO

21.09.2019

Uzun müddət xərçənglə mübarizə aparan və bu mübarizəsi ilə simvol halına gələn türkiyəli gənc Neslican Tay vəfat edib.
Türkiyə mətbuatı xəbər verir ki, 15 sentyabrdan bəri reanimasiyada olan və vəziyyəti ağırlaşan gənc qız bir neçə saat öncə həyatla vidalaşıb.
Üç dəfə xərçəngə qalib gəlməyi bacaran, bu mübarizədə bir ayağını itirən gənc xanım verdiyi bir müsahibədə "ayağım yoxdur, amma yaşamaq sevincim var” deyərək pozitivliyi ilə hər kəsin sevimlisi olmuşdu.
Müxtəlif platformalarda verdiyi pozitiv mesajlarla sosial şəbəkələrin fenomeni olan Neslican xəstəliyinə rəğmən, universitetə girməyi bacarmışdı.
Dördüncü dəfə xərçəngə yaxalanan "Ümidsizliyə gülümsəyən qız” ləqəbli Neslican Tay İstanbuldakı xəstəxanaların birində vəfat edib.