Bulvarda mühafizəçini  döydülər 
    
                          
     
                         21.09.2019
 
    
                        Nəsimi rayonunda döyülmə faktı qeydə alınıb.
Bulvar Dəniz Vağzalının qarşısında mühafizə əməkdaşı, 1981-ci il təvəllüdlü Məmmədov Elşad Kamil oğlu naməlum şəxs tərəfindən döyülərək xəsarət alıb.
Yaralı dərhal xəstəxanaya yerləşdirilib.
Ona qapalı-kəllə beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.