04 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Təhqir və böhtana görə qanunlar sərtləşdirilir? - AÇIQLAMA

20.09.2019

"Azərbaycan qanunvericiliyində təhqir, böhtan və bu cür yaramaz hallar məsuliyyət yaradır. Hətta cinayət məsuliyyəti yaradır”. 
Bunu Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun təşkilatçılığı ilə "Sosial şəbəkələrdə söyüş, təhqir və böhtana YOX deyək” adlı dəyirmi masada çıxış edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə deyib. 
O bildirib ki, böhtan, təhqirə görə Cinayət Məcəlləsinin 147, 148 və 148.1 maddələri mövcuddur: "Lakin bu maddələr bu gün tətbiq edilmir. Bəlkə nəinki bu maddələrin tətbiqinə başlamalı, əksinə bu maddələrin sanksiyalarının artırılmasının da vaxtıdır”.
Deputat qeyd edib ki, son vaxtlar onlara edilən müraciətlərdə ayrı-ayrı şəxslər tərəfindən qadınlar, qızlar sosial şəbəkələrdə şantaj edilir: "Onların şəkilləri montaj edilərək müxtəlif görüntülərlə paylaşılır. Namuslu bir qadının əxlaqsız olması ilə bağlı internet informasiya ehtiyatlarında saxta istifadəçi adlar altında profil və ya hesablardan istifadə etməklə onlara yalandan böhtanlar atılır, təhqir edilirlər. Bunların qarşısının alınmasının zamanı çoxdan çatıb”.