09 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Hökumətlə Paşinyan arasındakı DANIŞIQLAR DAYANDIRILDI

24.04.2018

Müxalif lider Nikol Paşinyan və baş nazir səlahiyyətlərinin icraçısı Karen Karapetyan arasında danışıqlar ləğv edilib.
"Dövran Media" yerli KİV-ə istinadən bildirir ki, bu barədə məlumatı Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş müqaviləsi” partiyasının mətbuat katibi Tiqran Avinyan yayıb.
O bildirib ki, danışıqların nə vaxt baş tutacağı məlum deyil.
Avinyan qeyd edib ki, Paşinyan danışıqların elan edildiyi istiqamətdə getməsini tələb edir: "Yəni hakimiyyətin dinc yolla təhvil verilməsi və növbədənkənar parlament seçkilərinin keçirilməsi. Həmçinin Respublika Partiyasından heç kim müvəqqəti hökumətə rəhbərlik edə bilməz.
Respublika Partiyası isə məsələnin bu cü qoyuluşuna qarşıdır”.
Xatırladaq ki, bundan öncə N.Paşinyan Respublika Partiyasının heç bir üzvünün baş nazir ola bilməyəcəyini bildirmişdi.