04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Dünya Çempionu Hacı Əliyevlə bağlı məhkəmənin SON QƏRARI

19.09.2019

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatından (DÇ) diskvalifikasiya edilən Hacı Əliyev barədə yekun qərar verilib.
Azərbaycan Güləş Federasiyasından verilən xəbərə görə, yekun olaraq Hacı Əliyevin diskvalifikasiya qərarı ləğv olunub.
Belə ki, üçqat dünya və üçqat Avropa çempionumuz Hacı Əliyev (-65 kq) uduzduğu rusiyalı Hacımurad Rəşidov finala çıxacağı halda, bürünc medal üçün təsəlliverici yarışlara qatılacaq.
Bundan başqa, 57 kq çəki dərəcəsində digər rusiyalı Zaur Uquyevə uduzmuş Mahir Əmiraslanov da rəqibinin əlinin qaldırılması mərasiminə qatılmayıb. Baş hakim onun diskvalifikasiya ediləcəyini bildirib. Lakin federasiyadan bildirdilər ki, bu idmançı diskvalifikasiya edilməyib və Uquyev finala çıxacağı halda, onun da bürünc medal qazanmaq şansı olacaq.