Pompeo:  İranın davranışlarına dözməyəcəyik 
    
                          
     
                         19.09.2019
 
    
                        ABŞ İranın təhdid yaradan davranışlarına dözməyəcək.
Bunu ABŞ Dövlət katibi Mayk Pompeo Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşdən sonra öz Tvitter səhifəsində paylaşıb.
"ABŞ Səudiyyə Ərəbistanının özünümüdafiə haqqını dəstəkləyir. Tehranın təhdid yaradan davranışı yolverilməzdir”, – deyə o bildirib.