04 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Güclü partlayış: 7 ölü, 85 yaralı

19.09.2019

Əfqanıstanın cənubunda Zabul əyalətinin Kalat bölgəsində güclü partlayış baş verib.
Hadisə Milli Təhlükəsizlik İdarəsinin qarşısında olub. 
Partlayıcı ilə dolu avtomobilin partladılması nəticəsində 7 nəfər ölüb, 85 nəfər yaralanıb.
Partlayışa görə məsuliyyəti "Taliban” radikal qruplaşması öz üzərinə götürüb. 
"Taliban” ardıcıl partlayışların törədilməsini Əfqanıstanda sentyabrın sonlarına planlaşdırılan prezident seçkilərini pozmaq məqsədi daşıdığı açıqlayıb. 
Qeyd edək ki, iki gün əvvəl Kabildə və Pərvan əyalətində partlayışlar nəticəsində ümumilikdə 48 nəfər ölüb, 80 nəfər yaralanmışdı.