08 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanlı alimlərin Bakı Forumu keçiriləcək

19.09.2019

"Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Türkiyədə təhsil alan azərbaycanlı alimlərin Bakı Forumunun keçirilməsi” adlı layihənin icrasına başlayıb.
"Dövran Media" xəbər verir ki, layihənin məqsədi Azərbaycanın yenidən müstəqilliyini bərpasından sonra günümüzə kimi, Türkiyə Universitetlərindən məzun olan Azərbaycan vətəndaşlarının Bakı şəhərində Forum çərçivəsində bir araya gətirmək və panellər vasitəsi ilə Türkiyə təhsilli alimlərin Azərbaycanın təhsil və elm sahəsindəki rolunu, Azərbaycanın inkişafında Türkiyə təhsilli alimlərin yeri və bu istiqamətlərdə gələcək hədəflərini müzakirə etməkdən ibarətdir.
Forum oktyabrın 11-i saat 13:30-da  Azərbaycan Dövlət  İqtisad Universitetində (UNEC) keçiriləcək.
Forumun panellərində çıxış etmək istəyən qardaş Türkiyə Universitetlərindən məzun olan azərbaycanlıların diqqətinə. Forumun panellərində müzakirə olunan mövzular:
1. Türkiyə təhsilli ali­mlərin Azərbaycanın təhsil və elm sahəs­indəki rolu;
2. Azərbaycanın inkişafında Türkiyə təhsilli alimlərin yeri və bu istiqamətlərdə gələcək hədəfləri;
3. Türkiyə universitetlərində təhsil almış azərbaycanlı alimlərin Azərbaycan iqtisadiyyatının inkişafındakı yeri və rolu;
4. Türkiyə universitetlərində təhsil almış azərbaycanlıların iki ölkə arasındakı qardaşlıq əlaqələrinə təsir imkanları:
mövzularına uyğun olaraq panellərdə öz məruzələrini, sərbəst mövzularda qəbul ediləcəkdir (5-7 dəqiqə). Bunları oktyabrın 1-ə kimi [email protected] e-mail ünvanına göndərmələri xahiş olunur.
Məqalələr kitab şəklində çap olunacaqdır.
QEYD: Forumda iştirak etmək istəyən azərbaycanlı Türkiyə Universitetləri məzunları özləri haqqında məlumatları:
Adı, ata adı, soyadı, bitirdiyi universitetin adını və telefon nömrəsini [email protected] göndərmələri xahiş olunur. Son qeydiyyat tarixi 01 oktyabr 2019-cu il.